Gənclərin mədəni davranış təşviqi layihəsinə start verildi
"Sosial İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyilə “Mədəni davranış – Mədəni cəmiyyət”adlı layihəsinin icrasına başlayıb. Layihənin məqsədi gənclər arasında etik düşüncə tərzini gücləndirməyi və nəzakətli ünsiyyət mədəniyyətini təşviq etməyi hədəfləyir. Layihə vasitəsilə gənclərə ictimai davranış qaydaları, onlayn nəzakət prinsipləri, multikultural hörmət və etik qərarvermə bacarıqları aşılanacaq, bununla da onların həm real, həm də rəqəmsal mühitdə daha məsuliyyətli və mədəni fərdlər kimi formalaşmasına töhfə veriləcək.
QHT sədri Rahilə Mehdiyeva məlumat verərək bildirdi ki,layihə Bakı və Sumqayıt şəhərlərində maarifləndirici fəaliyyətlər həyata keçiriləcək. Eyni zamanda layihənin icrası zamanı gənclər arasında ictimai, şəxsi və rəqəmsal mühitlərdə etik və mədəni davranış normalarını təşviq etməklə onların ünsiyyət bacarıqlarını gücləndirmək, davranış mədəniyyəti üzrə bilik və praktiki vərdişləri artırmaq və cəmiyyətdə nəzakətli davranış modelinin formalaşmasına töhfə vermək məqsədi ilə vidoçarx hazırlanaraq,nümayiş etdiriləcək. Onu da qeyd edək ki,layihə üç ay müddətində həyata keçiriləcək.
Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...
Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...
Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...
100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...