PDF Oxu

Cəmiyyət

  • 1 237

Süni intellekt vasitəsilə saxta videolar hazırlanır FOTO

image

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Emil Mehdiyev bildirib ki, 2025-ci il ərzində ölkə üzrə informasiya texnologiyalarından istifadə etməklə törədilmiş 1799 cinayət faktı qeydə alınmışdır və bu cinayətlərin əhəmiyyətli hissəsini onlayn oğurluq və dələduzluq halları təşkil etmişdir: “Həmin dövrdə 632 kiber-oğurluq, 352 kiber-dələduzluq faktları ilə bağlı müvafiq cinayət işləri başlanmışdır. Elektron ticarət sahəsində törədilən cinayətlərin təhlili göstərir ki, cinayətkarlar müxtəlif kiber-dələduzluq üsullarından istifadə edirlər. Müəyyən edilmişdir ki, bu üsullar arasında ən geniş yayılmış olanlar saxta elektron ticarət saytlarının, saxta investisiya platformalarının, maliyyə-piramida sxemlərinin yaradılması, fişinq və digər oxşar aldatma metodlarıdır. Bu üsullarla cinayətkarlar insanların etibarından sui-istifadə edərək, müxtəlif yalan və saxta təkliflərlə onları aldadaraq pul vəsaitlərini ələ keçirirlər".

Emil Mehdiyev onu da bildirib ki, süni intellekt texnologiyalarının inkişafı bu sahədə yeni risklər doğurmuşdur: “Artıq bəzi hallarda süni intellekt vasitəsilə saxta videoların hazırlanması və hətta insanların səsini klonlaşdırılması kimi üsullardan istifadə etməklə şəxslərin aldadılması faktları müşahidə olunur. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin izlənilməsi daha mürəkkəb proses olan virtual aktivlərə çevrilərək leqallaşması həyata keçirilir Təcrübə göstərir ki, bu xarakterli cinayətlərin açılması və təqsirli şəxslərin müəyyən edilməsi prosesini mürəkkəbləşdirən bir sıra obyektiv amillər vardır".

İlham

Digər xəbərlər

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...