PDF Oxu

Cəmiyyət

  • 921

Azərbaycanin qlobal nəqliyyat körpüsü - ŞƏRH

image

Müasir dövrdə beynəlxalq ticarət və iqtisadi əlaqələrin inkişafı nəqliyyat və logistika sistemlərinin səmərəli fəaliyyətindən birbaşa asılıdır. Qlobal iqtisadi münasibətlərin genişləndiyi bir zamanda müxtəlif regionları birləşdirən nəqliyyat dəhlizləri xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan öz əlverişli coğrafi mövqeyi və həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə mühüm və etibarlı tərəfdaş kimi tanınır.Azərbaycanın yerləşdiyi coğrafi məkan tarix boyu müxtəlif sivilizasiyaları və ticarət yollarını birləşdirən mühüm körpü rolunu oynayıb. Qədim İpək Yolunun üzərində yerləşən ölkəmiz bu ənənəni müasir dövrdə də uğurla davam etdirir. Dövlətin həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələri, müasir avtomobil yolları, dəmir yolları, limanlar və logistika mərkəzləri Azərbaycanın beynəlxalq nəqliyyat sistemində mövqeyini daha da gücləndirib.

Xüsusilə Şərq-Qərb nəqliyyat dəhlizi Asiya ilə Avropanı birləşdirən ən mühüm ticarət marşrutlarından biridir. Bu dəhliz vasitəsilə yük və sərnişin daşımaları daha sürətli və təhlükəsiz şəkildə həyata keçirilir. Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan iri layihələr – müasir liman infrastrukturu, dəmir yolu şəbəkələrinin yenilənməsi və beynəlxalq əməkdaşlıq mexanizmləri regionda iqtisadi inteqrasiyanı daha da gücləndirib.Bu sahədə həyata keçirilən ən mühüm layihələrdən biri Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir. Sözügedən layihə təkcə region ölkələri üçün deyil, bütövlükdə Avrasiya məkanında ticarətin genişlənməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu dəmir yolu xətti vasitəsilə Asiyadan Avropaya daşınan yüklərin çatdırılma müddəti əhəmiyyətli dərəcədə qısalıb və logistika imkanları daha da genişlənib.

Bundan əlavə, Xəzər dənizində yerləşən müasir Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da Azərbaycanın tranzit imkanlarını artıran mühüm infrastrukturlardan biridir. Bu liman vasitəsilə müxtəlif ölkələr arasında yük daşımaları daha operativ şəkildə həyata keçirilir və regionda ticarət əlaqələrinin inkişafına böyük töhfə verilir. Azərbaycan yalnız Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində mühüm strateji mövqeyə malikdir. Bu dəhliz Hind okeanı hövzəsini, Yaxın Şərqi, Cənubi Qafqazı və Avropanı birləşdirən mühüm nəqliyyat marşrutlarından biridir. Layihənin əsas məqsədi region ölkələri arasında ticarət əlaqələrini genişləndirmək, yükdaşımaların səmərəliliyini artırmaq və iqtisadi əməkdaşlığı möhkəmləndirməkdir.

Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə Hindistan, İran, Azərbaycan, Rusiya və digər ölkələr arasında daşınan yüklərin çatdırılma müddəti xeyli azalır. Bu isə beynəlxalq ticarətin daha sürətli və iqtisadi cəhətdən səmərəli şəkildə həyata keçirilməsinə imkan yaradır. Azərbaycan bu layihədə həm tranzit ölkə, həm də etibarlı tərəfdaş kimi mühüm rol oynayır.Ölkəmizdə həyata keçirilən dəmir yolu modernləşdirmə layihələri, yeni avtomobil magistrallarının tikintisi və logistika mərkəzlərinin yaradılması Azərbaycanın regional nəqliyyat qovşağı kimi mövqeyini daha da möhkəmləndirir. Dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və həyata keçirilən islahatlar nəticəsində Azərbaycan beynəlxalq daşımalar üçün ən əlverişli marşrutlardan birinə çevrilib.

Bununla yanaşı, ölkəmizin tranzit potensialının gücləndirilməsi regionda iqtisadi əməkdaşlığın inkişafına da mühüm töhfə verir. Müxtəlif ölkələr arasında ticarət əlaqələrinin genişlənməsi, yeni investisiya imkanlarının yaranması və logistika xidmətlərinin inkişafı Azərbaycanın beynəlxalq iqtisadi münasibətlərdə rolunu daha da artırır.

Bağırova Cəmilə

YAP Ordubad rayon təşkilatında məsləhətçi

Digər xəbərlər