PDF Oxu

Cəmiyyət

  • 2 531

Bakıda yaşayış binasında yanğın olub

image

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən SİA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının onsəkkizmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi və digər mənzillərə keçmə ehtimalının olduğu müəyyən edilib.

FHN qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 71 kv.m olan üçotaqlı mənzilin yanar konstruksiyaları 50 kv.m. sahədə yanıb. Xilasedicilər tərəfindən xəsarət almış bir nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, həmçinin 8 nəfər bina sakini təxliyə edilib. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə edilib.

Digər xəbərlər

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...