"Barselona" İspaniya çempionatının 28-ci turunda "Sevilya"nı 5:2 hesabı ilə darmadağın edərək yeni rekorda imza atıb. Belə ki, kataloniyalılar cari mövsümün ilk 28 oyununun hər birində rəqib qapısına yol tapmağı bacarıblar. Flikin yetirmələri bu göstərici ilə Yohan Kroyffun rəhbərlik etdiyi komandanın 1991/1992 mövsümündəki rekordunu geridə qoyublar.
Kroyffun dövründə 28 turdan sonra komandanın aktivində 57 qol olduğu halda, hazırkı heyət artıq 77 dəfə rəqib qapılarını silkələyib.
Əzələ toxuması bədən kütləsinin təxminən 40 faizini təşkil edir...
Gündəlik qida rasionunda adi bir əlavə insanın fərqinə varmadan ürək-damar sisteminə zərər verə bilər...