PDF Oxu

Cəmiyyət

  • 1 314

Yasamal rayonunda bayram konserti keçirilib - FOTOLAR

image

Yasamal Rayon İcra Hakimiyyəti, YAP Yasamal rayon təşkilatı və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə İlaxır Çərşənbə münasibətilə bayram konserti təşkil olunub. Azərbaycan Milli Konservatoriyasında təşkil olunmuş bayram konsertində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə, millət vəkilləri, ali məktəb rektorları, rayon ictimaiyyətinin nümayəndələri, Yasamal Rayon İcra Hakimiyyətinin və YAP Yasamal rayon təşkilatının əməkdaşları, şəhid ailələri və qazilər, mədəniyyət xadimləri, gənclər və tələbələr iştirak ediblər.

Bayram konsertindən əvvəl Azərbaycan Milli Konservatoriyasının inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib.

Bayram konsertində ilk öncə Ulu öndər Heydər Əliyevin, Respublikamızın suverenliyi və ərazi bötövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib. Sonra Novruz bayramı ilə əlaqədar videoçarx nümayiş olunub. Bayram konsertində çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə və Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Azərbaycan xalqının zəngin mədəni ənənələrindən söhbət açıb. Novruz bayramının xalqımızın birlik və həmrəyliyini ifadə edən ən qədim və sevilən bayramlardan biri olduğunu vurğulayıblar. Qeyd olunub ki, Novruz bayramı xalqımız üçün böyük məna daşıyır. Belə ki, biz bu əziz bayramı həm də azad edilmiş doğma Qarabağımızda qeyd edirik. Bu tariximizin ən qürurlu səhifələrindən biridir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləri nəticəsində azad olunmuş torpaqlarımıza həyat yenidən qayıdır.

Bayram konsertində incəsənət ustaları və Azərbaycan Milli Konservatoriyasının müəllim və tələbələrinin ifasında milli musiqi nümunələri səsləndirilib, xalq mahnıları və instrumental ifalar təqdim olunub.

İştirakçılar üçün hazırlanmış bədii proqram Novruz ənənələrinin ruhunu əks etdirən rəngarəng çıxışlarla yadda qalıb.Konsert proqramında milli-mənəvi dəyərlərimizin, qədim adət-ənənələrimizin təbliği xüsusi yer tutub.

Bayram konsertinin sonunda Azərbaycan Milli Konservatoriyasının həyətində bayram tonqalı qalanıb. Tonqal ətrafında davam edən şənliklər, səslənən musiqilər və bədii proqramın sədaları tədbirə xüsusi bayram ab-havası qataraq tədbirin yadda qalan anları ilə tamamlanıb.

Digər xəbərlər

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...