PDF Oxu

Cəmiyyət

  • 540

“Yalan və qərəzli məlumatları yayanlar cəzasız qalmamalıdır” - MÜNASİBƏT BİLDİRİLDİ

image

“Yalan və qərəzli məlumatlar yaymaqla məkrli niyyətlərinə çatmaq yolu tutmuş hər kəs ictimai qınağa və hüquqi məsuliyyətə cəlb olunmalıdır. Son vaxtlar sosial şəbəkələrin və süni intellektin imkanlarından istifadə etməklə məqsədli olaraq cəmiyyətdə ictimai fikir çaşqınlığı yaratmağa çalışan şəbəkələr artmaqdadır”.

Bu sözləri SİA-ya açıqlamasında AMEA Azad Həmkarlar İttifaqınin sədri Sənan Həsənov deyib.

O bildirib ki, antimilli qüvvələrin əhatəsində birləşən belə qrupların fəaliyyətini daxildə və xaricdə görməmək mümkün deyil: “Bu tip məlumatların mahiyyəti və hüquqi yanaşmadan açıqca görünür ki, onların fəaliyyəti dövlətçiliyimizə, xalqımıza qarşı çox təhlükəli şəbəkədir. Ölkənin, dövlətin inkişafına onun beynəlxalq nüfuzuna xələl gətirməyə çalışan ünsürlərin öz əhatələrini genişləndirmək cəhdləri isə belə təhlükələrin intensivləşdirilməsi nə maraqlı qüvvələrin olduğunu göstərir.

Odur ki, azad demokratik mətbuatın prinsiplərini dərk etməyən hətta yaradılan şəraitin, qayğının əvəzində xəyanətkarlıq yolu seçmiş istənilən şəxslərə qarşı qanunun aliliyi tətbiq olunmalıdır. Bu addımların bilərəkdən və qəsdən millətin, dövlətin və hətta dövlət başçısının nüfuzuna xələl gətirmək, inkişafı aşağılamaq yolu tutduğu göz qabağındadır. Cəmiyyətimiz də bunu bilir.

Biz açıqca görürük ki, hər şeyi qara görmək,uğurlara kölgə salmaq bir dəfə də olsun ki, nailiyyətləri dilə gətirməmək kimi məqsədli kompaniya milli təssübkeşliyin əleyhinə olaraq qırmızı xətləri keçməyi davam etdirir. İstər xaricdə, istərsədə daxildə belə "fəaliyyət" sahibləri və onların əhatəsi operativ şəkildə məsuliyyətə cəlb olunmalıdır. Çünki cəmiyyətdə uğurlu siyasətlə inkişafa nail olmaq çox böyük müdrikliyin, zəhmətin və beynəlxalq səviyyədə gərgin mübarizələrin nəticəsində əldə olunur. Belə mübarizənin cəmiyyətimizin böyük bir qismi çox zaman nəticələrini görür. Ancaq onun əldə olunması çox dərin strateji prosesdir. Davamlı güclü dövlət üçün ziyalılar, ictimai fikir adamları, mətbuat, sosial şəbəkələr bu mürəkkəb prosesi cəmiyyətə və gənc nəslə davamlı ardıcıl olaraq çatdırmalıdır. Cəmiyyətə təlqin edilməli, nəticələr sürularımızda bərqərar olmalıdır. Prosesin belə istiqaməti xalq dövlət birliyini yaradan və milli gücü ifadə edən ən vacib amildir. Antimilli ünsürlər bu prosesə həmişə mane olmağa calışmış, hazırda da cəhdlərini davam etdirirlər.

Diqqət edək ki, müstəqilliyin çətin yolu ilə dövlət qurulur, Cənab Prezident başda olmaqla uzaqgörən siyasət strategiyasını qələbələrlə ilə davam etdirir, dövlətin təhlükəsizliyinə olan təhdidlər qlobal və mürəkkəb siyasi şəraitdə aradan qaldırılır, sabitlik təmin olunur, xalq dövlət birliyi daha da möhkəmlənir. Lakin bir qrup yalan və qərəzli antimilli ünsürlər bu prosesə mane olmağa, ictimai fikirdə çaşqınlıq yaratmağa çalışır. Bu xəyanətkarlıq deyil bəs nədir....Təbii ki, bu məsuliyyət ölkəmizin ictimai fikrinə təsir edən bir sıra media və sosial səbəkə subyektlərinə də aiddir. Unutmaq olmaz ki, milli mənafe, təəssübkeşlik hər birimizin ən ali məqsədidir”.

Digər xəbərlər