PDF Oxu

Cəmiyyət

  • 3 214

Xaçmazda sel suları bir sıra kəndlərə ziyan vurub, Cıgatayda onlarla evi su basıb

image

Martın 27-dən yağan güclü leysan yağışları nəticəsində yaranan sel suları Xaçmazda ciddi fəsadlar törədib.

SİA-ın bölgə müxbiri xəbər verir ki, Ağçay çayı məcrasından çıxaraq Cıgatay kəndində onlarla evin həyətinə, zirzəmilərinə dolub. Bundan başqa, Qarğalıq, Qaraçı, İlxıçı kəndlərində də selin fəsadları qeydə alınıb.

Qusarçay və Qudayalçayda qeydə alınan sel isə Dədəli, Uzunoba inzibati ərazi dairələrindəki kəndlərə ziyan vurub.

Xaçmaz rayon fövqəladə hallar komissiyasının sədri Anar Oruclu bildirib ki, hazırda müvafiq dövlət qurumlarının canlı qüvvəsi və ağır texnikası fəsadların aradan qaldırılması üçün ərazilərə cəlb olunub. Cıgatay kəndində sel sularının istiqamətinin dəyişdirilməsi üçün iş aparılır.

Digər xəbərlər

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...