PDF Oxu

Cəmiyyət

  • 2 186

"Vitaminlər həkim məsləhəti ilə qəbul edilməlidir" - EKSPERT DANIŞDI

image

"Bu gün vitaminlər deyildikdə, adətən onların insan orqanizmi üçün faydalı olduğu nəzərdə tutulur. Lakin bu, o demək deyil ki, həkim məsləhəti olmadan, müayinə keçmədən istənilən vitamini istənilən dozada qəbul etmək olar".Bu sözləri SİA-ya açıqlamasında qida eksperti İlkin Şirinov bildirib.Onun sözlərinə görə, bu, qətiyyən düzgün deyil: "Bəzi vitaminlər düzgün istifadə edilmədikdə orqanizmdə metabolik pozğunluqlara səbəb ola bilər, mövcud xroniki xəstəlikləri ağırlaşdıra bilər. Hətta insanın xəbərsiz olduğu gizli xəstəliklər belə vitaminlərin təsiri ilə üzə çıxa və ya şiddətlənə bilər.Təəssüf ki, bəzən insanlar həkim məsləhəti olmadan arıqlama vasitələrindən, müxtəlif çaylardan və ya preparatlardan istifadə edirlər. Bu isə gələcəkdə ciddi sağlamlıq problemlərinə gətirib çıxara bilər.Vitaminlərin həddindən artıq qəbulu da təhlükəlidir. Bəzi vitaminlər, xüsusilə yağda həll olunanlar, orqanizmdə yığılaraq zəhərlənməyə səbəb ola bilər. Məsələn, A və D vitaminlərinin normadan artıq qəbulu ciddi fəsadlar yarada bilər.Xüsusilə allergiyası olanlar, şəkərli diabet xəstələri, hamilə qadınlar və uşaqlar vitaminləri mütləq həkim nəzarəti ilə qəbul etməlidirlər. Çünki qəbul edilən vitaminlər digər dərmanlarla uyğun gəlməyə bilər və bu da əlavə problemlərə səbəb ola bilər.Vitaminlər faydalı olsa da, onların düzgün və təhlükəsiz istifadəsi yalnız həkim məsləhəti ilə mümkün olmalıdır. Özbaşına və nəzarətsiz qəbul isə sağlamlıq üçün ciddi risk yaradır".
Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər

Qəribə varlıqların təsvirləri UFO sənədlərində aşkar edilib...

Havada səssizcə üzə bilən obyektlərə dair dəlillər qeydə alınıb...

Həkim yerişdəki dəyişikliyin hansı xəstəlikləri göstərdiyini izah edib...

Fizioterapiya ilə reabilitasiya koordinasiyanı tam bərpa etməyə kömək edəcək...

İndoneziya okeanında ilk dəfə nadir bir məxluq lentə alınıb…

Bir YouTuber təsadüfən sensasiyalı bir kəşf etdi…

1200 at gücündə model demək olar ki, hazırdır…

Red Bull-un hiperkarı Formula 1 avtomobilindən daha yaxşı performans göstərəcəyinə söz verir…

Diabet xəstələrinə kömək etmək üçün gözlənilməz bir yol tapılıb…

Məlum olub ki, müntəzəm işıqlandırma maddələr mübadiləsinə düşündüyümüzdən daha çox təsir göstərə bilər…

Alzheimer xəstəliyinin yavaşladılması üçün metod kəşf edilib...

Qida qəbuluna nəzarət etmək idrak qabiliyyətlərinə təsir göstərir...