PDF Oxu

Cəmiyyət

  • 2 100

Daşkənddə Əmir Teymurla bağlı beynəlxalq elmi konfrans keçiriləcək

image

9-10 aprel 2026-cı il tarixlərində Daşkənddə türk dünyasının ən böyük fatehlərindən olan Əmir Teymurun 690 illiyi münasibətilə "Əmir Teymur və Teymuri Renessansının dünya tarixində və mədəniyyətində yeri və əhəmiyyəti" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
SİA xəbər verir ki, tədbir çərçivəsində türk dünyasının tanınmış alimləri, tarixçiləri və ədəbiyyatşünasları bir araya gələrək Əmir Teymur və Teymuri dövrünün dünya tarixi və mədəniyyətinə təsirini müzakirə edəcəklər.
TÜRKSOY-un təşkilatçılığı ilə keçiriləcək konfransda Azərbaycanın tanınmış ədəbi simaları da iştirak edəcək. Onların arasında Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz, nasir, yazıçı-dramaturq və publisist Elçin Hüseynbəyli, şair, tərcüməçi, ədəbiyyatşünas və naşir Səlim Babullaoğlu yer alır.
Bundan əlavə, 11 aprel tarixində TÜRKSOY və digər tərəfdaş təşkilatlarla birgə əlavə tədbir təşkil olunacaq. Konfransın əsas məqsədi Əmir Teymur və Teymuri Renessansının mədəni irsini araşdırmaq və türk dünyası ölkələri arasında elmi və mədəni əməkdaşlığı gücləndirməkdir.

Digər xəbərlər

Qəribə varlıqların təsvirləri UFO sənədlərində aşkar edilib...

Havada səssizcə üzə bilən obyektlərə dair dəlillər qeydə alınıb...

Həkim yerişdəki dəyişikliyin hansı xəstəlikləri göstərdiyini izah edib...

Fizioterapiya ilə reabilitasiya koordinasiyanı tam bərpa etməyə kömək edəcək...

İndoneziya okeanında ilk dəfə nadir bir məxluq lentə alınıb…

Bir YouTuber təsadüfən sensasiyalı bir kəşf etdi…

1200 at gücündə model demək olar ki, hazırdır…

Red Bull-un hiperkarı Formula 1 avtomobilindən daha yaxşı performans göstərəcəyinə söz verir…

Diabet xəstələrinə kömək etmək üçün gözlənilməz bir yol tapılıb…

Məlum olub ki, müntəzəm işıqlandırma maddələr mübadiləsinə düşündüyümüzdən daha çox təsir göstərə bilər…

Alzheimer xəstəliyinin yavaşladılması üçün metod kəşf edilib...

Qida qəbuluna nəzarət etmək idrak qabiliyyətlərinə təsir göstərir...