Həyatdan zövq almamaq indi bir çoxumuz üçün aktual problemdir. Çoxumuz əvvəl zövq aldığı, xoşbəxt olduğu bir işdən artıq zövq almaz hala gəlib. Əksər insanda yorğunluq, əldən düşmə, enerji itkisi, hey uzanmaq, yatmaq istəyi yaranır. Çox tez yorulmaq, bezmək və çətinlik hissi baş qaldırır. Depressiyada olan insanda yuxu pozğunluğu, yuxuya getməkdə çətinlik yaranır. Depressiv insanda həddən artıq küsəyənlik və romantiklik, tez ağlama, səbrsizlik, dözümsüzlük, tez əsəbiləşmə, hirslənmə, kobud olma hissləri inkişaf edir. İştaha, çəki itkisi, ya da həddindən artıq iştahla çəki alma da baş verir.
Özünə olan güvən hissinin itməsi, dəyərsizlik və işə yaramama düşüncələri də depressiya zamanı baş qaldırır. Keçməyən baş ağrıları, mədə-bağırsaq sistemi şikayətləri, müxtəlif bədən ağrıları, yanma hissi isə daha çox baş verir. Bəzən huşunu itirmə və sıxılma, ürək ağrıları belə müşahidə edilir. Həddindən artıq unutqanlıq, diqqət və konsentrasiya pozğunluğu, davamlı bədbəxtlik, pessimizm və ümidsizlik halı da rastlanır. Depressiya əlamətlərindən biri də ya həddindən artıq dinə yönəlmə, ya da dindən və ibadətlərdən soyumaqdır. Bəziləri evinə, iş yerinə qarşı soyuyur, evini satmaq, iş yerini dəyişdirmək istəyir. Bu hallarda ən yaxşısı müalicənin nəticəsini gözləmək, sosiallaşmaqdır.
Qeyri-adi simptomlar həkimləri uzun müddət çaşdırmışdı...
Yerli hakimiyyət orqanları tədbiri şəhər üçün “xüsusi hədiyyə” adlandırıblar...
Beyin sadəcə ona çatmaq imkanı əldə edir...
Böyük partlayışı simulyasiya edərkən,..amma, cəmi qramın 29 trilyonda biri qədər