PDF Oxu

Cəmiyyət

  • 2 420

Bu gün IX sinif şagirdləri buraxılış imtahanı verib

image

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 12-də Bakı şəhərinin Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal, Binəqədi rayonlarında, Sumqayıt (I hissə),Gəncə (II hissə), Mingəçevir şəhərlərində, Abşeron (I hissə), Daşkəsən, Şəmkir (II hissə), Qazax, Qəbələ, Oğuz, Lənkəran (II hissə), Cəlilabad (I hissə), Masallı (I hissə), Beyləqan, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 nömrəli 12 aprel tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına tam orta məktəb), Ağdaş, Ağsu, Qobustan, Sabirabad (I hissə), Neftçala, Şirvan, Xaçmaz (I hissə), Quba (I hissə) rayonlarında, eləcə də tədrisi ingilis dilində aparılan ümumtəhsil müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı keçirilib.

DİM-dən bildirilib ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 216 imtahan binası, 3837 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 627 imtahan rəhbəri və ümumi rəhbər, 4800 nəzarətçi, 701 buraxılış rejimi əməkdaşı (mühafizə) və 216 bina nümayəndəsi ayrılıb. İmtahanda 52687 şagirdin iştirakı gözlənilirdi.

İmtahanda 34 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.

İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.

Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməyi unutmasınlar.

İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon aşkar edildiyi üçün imtahandan xaric olunub və araşdırma aparılacaq.

Aprelin 13-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 5 həftə ərzində elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.

Digər xəbərlər

Qəribə varlıqların təsvirləri UFO sənədlərində aşkar edilib...

Havada səssizcə üzə bilən obyektlərə dair dəlillər qeydə alınıb...

Həkim yerişdəki dəyişikliyin hansı xəstəlikləri göstərdiyini izah edib...

Fizioterapiya ilə reabilitasiya koordinasiyanı tam bərpa etməyə kömək edəcək...

İndoneziya okeanında ilk dəfə nadir bir məxluq lentə alınıb…

Bir YouTuber təsadüfən sensasiyalı bir kəşf etdi…

1200 at gücündə model demək olar ki, hazırdır…

Red Bull-un hiperkarı Formula 1 avtomobilindən daha yaxşı performans göstərəcəyinə söz verir…

Diabet xəstələrinə kömək etmək üçün gözlənilməz bir yol tapılıb…

Məlum olub ki, müntəzəm işıqlandırma maddələr mübadiləsinə düşündüyümüzdən daha çox təsir göstərə bilər…

Alzheimer xəstəliyinin yavaşladılması üçün metod kəşf edilib...

Qida qəbuluna nəzarət etmək idrak qabiliyyətlərinə təsir göstərir...