PDF Oxu

Cəmiyyət

  • 2 686

ADNSU-da Respublika fənn olimpiadasının final mərhələsi keçirilir

image

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Respublika fənn olimpiadalarının final turu keçirilir.
Final mərhələsində ölkənin müxtəlif bölgələrindən və məktəblərindən seçilmiş ümumilikdə 832 şagird iştirak edir. Olimpiada 2 gün davam edəcək və iştirakçılar 5 fənn üzrə – fizika, riyaziyyat, biologiya, Azərbaycan dili və tarix üzrə biliklərini sınayacaqlar.
Qeyd edək ki, Respublika fənn olimpiadalarının biologiya və fizika fənləri üzrə yalnız nəzəri deyil, eyni zamanda praktiki turlar da təşkil olunub. Bu mərhələlərdə şagirdlərin bilikləri ilə yanaşı, praktiki bacarıqları və analitik düşünmə qabiliyyətləri də qiymətləndirilir.
Bu gün fizika fənni üzrə praktiki tur keçirilib, sabah isə həmin fənn üzrə nəzəri mərhələ təşkil olunacaq. Biologiya fənni üzrə isə iştirakçılar artıq həm nəzəri, həm də praktiki turlarda öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Riyaziyyat fənni üzrə imtahan isə iki gün ərzində davam edir.
Respublika fənn olimpiadalarının final mərhələsi istedadlı şagirdlərin üzə çıxarılması, onların elmi potensialının inkişaf etdirilməsi və gələcək uğurlarına dəstək göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Digər xəbərlər

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...