Mükəmməl görünür...
...Porsche, tarixi 1980-ci il dizaynına işarə olaraq, Apple loqosunun yer aldığı xüsusi yarış libreyasını təqdim edib. Laguna Seca yarış trasına iki Porsche 963 modeli yenilənmiş retro libreyalarla çıxacaq.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, dizayn iki ildönümünü qeyd edir: Porsche-nin 75 illiyi və Apple-ın 50 illiyi…
Damda diqqət çəkən Apple loqosu, qanadlar, kapot və arxa spoyler də daxil olmaqla, xarici görünüşdə brendin imza rənglərindən istifadə olunub.
Libreya, 1980-ci ildə Apple Computer loqosu ilə 24 saatlıq Le Man yarışında iştirak edən Porsche 935 K3-dən ilhamlanıb. Apple qeyd edib ki, Porsche ilə tərəfdaşlığı onilliklər boyu davam edir və innovasiya və dizaynın ortaq dəyərlərini simvolizə edir.
Apple Music və onun idman bölməsinin nümayəndələrinin sözlərinə görə, yeni layihə orijinal əməkdaşlığa və tarixi yarış avtomobilinə bir ehtiramdır.
Porsche bunun birdəfəlik aksiya olduğunu iddia etsə də, qeyri-adi dizayn artıq təəccüblü görünüşü və klassik və müasir texnologiyanın uğurlu kombinasiyası üçün müsbət rəylər alıb.
Əli Babayev
GM-in lüks brendi elektrikli avtomobillərin satışını sürətlə artırır...
Havada səssizcə üzə bilən obyektlərə dair dəlillər qeydə alınıb...
Fizioterapiya ilə reabilitasiya koordinasiyanı tam bərpa etməyə kömək edəcək...
Bir YouTuber təsadüfən sensasiyalı bir kəşf etdi…
Red Bull-un hiperkarı Formula 1 avtomobilindən daha yaxşı performans göstərəcəyinə söz verir…
Məlum olub ki, müntəzəm işıqlandırma maddələr mübadiləsinə düşündüyümüzdən daha çox təsir göstərə bilər…
Qida qəbuluna nəzarət etmək idrak qabiliyyətlərinə təsir göstərir...