Birinci Qarabağ müharibəsinin şəxsiyyəti müəyyənləşdirilən daha 3 itkin-şəhidi dəfn ediləcək.SİA xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.Bildirilib ki, Birinci Qarabağ müharibəsində itkin düşən, daha sonra nəşi tapılaraq şəxsiyyəti müəyyənləşdirilən Rafiq Şirvan oğlu Cəfərov, Ələddin Həzi oğlu Həziyev və Zaur İmamqulu oğlu Sadıqov mayın 15-də Füzuli rayonunda dəfn ediləcək.Onlardan Rafiq Cəfərov Əbdülrəhmanlı kənd qəbiristanlığında, digər iki itkin-şəhid isə İşıqlı kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Əzələ toxuması bədən kütləsinin təxminən 40 faizini təşkil edir...
Gündəlik qida rasionunda adi bir əlavə insanın fərqinə varmadan ürək-damar sisteminə zərər verə bilər...