11-17 may tarixlərində Bolqarıstanın Samokov şəhərində keçirilən U17 Avropa Çempionatında Azərbaycan idmançısı, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Cəlilabad rayon Uşaq-Gənclər İdman Məktəbinin sərbəst güləş bölməsinin yetirməsi olan Hüseyn Rzazadə möhtəşəm uğura imza ataraq, pərəstişkarlarına böyük sevinc yaşatdı. Belə ki, 48 kiloqram çəki dərəcəsində yarışa qatılan idmançımız bütün rəqiblərini üstələməklə üç rəngli bayrağımızı ən uca zirvəyə qaldıra bilib.
Məlumat üçün bildirək ki, final görüşündə Hüseyn Rzazadə ukraynalı Volodimir Boyko üzərində tam üstünlüklə qələbə qazanaraq U17 Avropa çempionu adına sahib olub.
Gənc idmançının bu uğuru Azərbaycan güləşinin növbəti ən böyük nailiyyəti kimi tarixə yazıldı.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Xəstəlik erkən mərhələlərində çox vaxt asemptomatik olur və bu da vaxtında müalicəyə mane olur...
GM-in lüks brendi elektrikli avtomobillərin satışını sürətlə artırır...