Azərbaycan Tibb Universiteti (ATU) əməkdaşının "MASLD və mikroalbuminuriyası olan xəstələrdə endotelial disfunksiyanın xəstəliyin proqressiyasına təsiri" adlı elmi işi Qaraciyərin Tədqiqi üzrə Avropa Assosiasiyasının İspaniyanın Barselona şəhərində keçirilən "EASL-2026 Konqresi"ndə elmi proqrama daxil edilib. SİA xəbər verir ki, EASL-in 60 illik yubileyinə təsadüf edən konqres çərçivəsində dünyanın müxtəlif ölkələrindən təqdim olunan minlərlə elmi iş arasından seçilərək proqrama daxil edilən tədqiqat öz elmi yeniliyi və aktuallığı ilə diqqət çəkib
Universitetin Daxili Xəstəliklər kafedrasının assistenti, Hepatologiya Mərkəzinin rəhbəri Hicran Xıdırovanın "Impact of Endothelial Dysfunction on Disease Progression in Patients with MASLD and Microalbuminuria" adlı tədqiqatının beynəlxalq nüfuzlu konqresə qəbul olunması onun elmi aktuallığı və praktik əhəmiyyətinin beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir. Bu, eyni zamanda ötən 60 il müddətində ilk və yeganə azərbaycanlı həkimin tədqiqatının belə bir konqresdə yer alması deməkdir.
MASLD və mikroalbuminuriya fonunda endotelial disfunksiyanın araşdırılmasına həsr olunmuş bu iş metabolik qaraciyər xəstəliklərinin erkən mərhələlərində riskin qiymətləndirilməsi və xəstələrin daha effektiv idarə olunması baxımından mühüm elmi və klinik əhəmiyyətə malikdir.
Tədqiqatın beynəlxalq elmi platformada təqdim olunması Azərbaycan hepatologiyasının qlobal elmi mühitdə təmsilçiliyinə və ölkəmizin tibb elminin beynəlxalq arenada tanıdılmasına da töhfə verir.
Mətləb Salahov
Qan şəkərinin nəzarətini yaxşılaşdırır...
Səhv diaqnoz düzgün olmayan müalicəyə gətirib çıxarır ki, bu da sağlamlığa zərər verə bilər...
Melanoma həmçinin göz nahiyəsində, ağız mukozasında və bağırsaqlarda da inkişaf edə bilər...
Bütün faydalarına baxmayaraq, həkim tövsiyələrinə əməl etmək və dozanı aşmamaq vacibdir...