PDF Oxu

Cəmiyyət

  • 1 188

Peşə təhsili müəssisələrinə işə qəbul üzrə müsabiqə başladı

image

2026/2027-ci tədris ili üçün dövlət peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimi və istehsalat təlimi ustası vəzifələrinə işə qəbul üzrə müsabiqəyə bugündən etibarən başlanılıb. Müsabiqə çərçivəsində Bakı, Naxçıvan və regionlarda yerləşən peşə təhsili müəssisələri üzrə ümumilikdə 316 ixtisas fənn müəllimi, 925 istehsalat təlimi ustası və 98 yüksək texniki peşə təhsili səviyyəsi üzrə müəllim vakansiyası elan olunmuşdur.

Peşə təhsili müəssisələrində ixtisas fənn müəllimi və istehsalat təlimi ustası kimi fəaliyyət göstərmək istəyən şəxslər 17 – 30 iyul 2026-cı il tarixləri arasında portal.edu.az elektron müraciət portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Müsabiqə elektron әrizәlәrin qәbulu, təqdim edilən mәlumatların müsabiqәnin şәrtlәrinә uyğunluğunun yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələlərindən ibarətdir. Ərizələri təsdiq olunan namizədlər 11 avqust 2026-cı il tarixində müsabiqənin test imtahanı mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.

Müraciət edən şəxslər vakansiyaların siyahısı, eyni zamanda ixtisas istiqamətləri və aidiyyəti ixtisaslar üzrə məzmunun əhatə dairəsi barədə məlumatları aşağıdakı keçidlərdən istifadə edərək əldə edə bilərlər.

Digər xəbərlər