İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Həsənli kəndi ərazisində 2026-cı il 23 iyul tarixində mina partlayışı hadisəsi baş verib. sia xəbər verir ki, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri bu barədə məlumat yayıb.
Bildirilir ki, 1979-cu il təvəllüdlü Cəbrayıl rayonu Qumlaq kənd sakini Şəmilov Elşən Bəhlul oğlu minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən mina partlayışı nəticəsində xəsarət alıb.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır. ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.
Mətləb
Mütəmadi olaraq transvaginal ultrasəs müayinələri və CA-125 şiş markerinin təyin edilməsi üçün qan analizləri tövsiyə olunur...
Bu doza üç-beş fincan qara qəhvəyə bərabərdir...
İnsanlar süni intellektlə bağlı real üzlərdən daha çox onlara etibar etməyə başlayıblar...
Ultrabənövşəyi şüalanma təkcə dəriyə deyil, həm də görmə orqanlarına təsir göstərir...