İyulun 23-də Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov partiyanın rayon təşkilatının qəraragahında bir qrup vətəndaşı qəbul edərək onların problem və qayğıları ilə maraqlanıb.
Qəbula gələn vətəndaşlar Vətən müharibəsi qazilərinin sosial problemlərinin həllinə dəstək göstərilməsini, işlə təmin olunması ilə əlaqədar müvafiq qurumlara müraciət olunmasını, eləcə də qarşılaşdıqları digər problemlərin aradan qaldırılmasına kömək olunmasını xahiş ediblər.
Qəbul zamanı sədr vətəndaşları maraqlandıran sualları ətraflı cavablandırıb. Vətəndaşların səsləndirdikləri problemlər və şikayətlər araşdırılması və həll olunması üçün qeydə alınıb, müvafiq qurumlara göndərilməsi planlaşdırılıb.
İnsanlar çox vaxt sağlamlıqlarındakı dəyişiklikləri gündəlik həyatlarına müdaxilə etməyə başlayana qədər həkimə müraciət etmək üçün bir səbəb görmürlər...
Onların tərkibində sakitləşdirici və ruhlandırıcı təsir göstərən maddələr var