Bakıda daha bir cinayətkar dəstə ifşa olunub. Belə ki, Bakı şəhəri, Xətai rayonunda evdən oğurluq edənlər saxlanılıblar. Məlum olub ki, Xətai rayonunda yerləşən evlərin birindən 9 500 manat nağd pul və qızıl-zinət əşyaları oğurlanıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Quliyev, R.Qurbanov və N.Camalov saxlanılıb. Araşdırmalar davam etdirilir.
Mətləb
Tədqiqatçılar burnu beyinə bağlayan spesifik bir sinir yolu müəyyən ediblər...