Avqustun 1-də Bakının Qaradağ rayonunun Puta qəsəbəsində Şəhid Aslan Eldar oğlu Əliyevin xatirəsi anılıb. Qaradağ rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emin Abbasov, YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov Şəhid Aslan Eldar oğlu Əliyevin ailəsini ziyarət ediblər.
Əvvəlcə şəhidin adına inşa edilmiş bulağın barelyefi önünə gül dəstələri qoyulub, şəhidin atası Eldar Əliyevə və ailə üzvlərinə başsağlığı verərək səbr və təmkin diləyiblər.
Qeyd edək ki, şəhid Aslan Eldar oğlu Əliyev 2 dekabr 1988-ci ildə Cəlilabad rayonunun Mikayıllı kəndində anadan olub. Orta təhsilə həmin kənddə yerləşən məktəbdə başlasa da sonradan ailəsi ilə birlikdə Qaradağ rayonunun Puta qəsəbəsinə köçüb və 184 nömrəli tam orta məktəbin məzunu olub. Aslan Əliyev 2007-ci ilin yanvarında Cəlilabad Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2007-ci ilin iyulunda Ağdam rayonunun Gülçülük sovxozu ərazisindəki mövqelərimizdə düşmən atəşi nəticəsində şəhid olub, avqustun 1-də Puta qəsəbəsində dəfn olunub.
Şəhidin atası Eldar Əliyev şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edərək qazanılan qələbədə övladının da payı olduğuna görə fəxr etdiyini bildirib.
Vətən yolunda canından keçən şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaq və onların qanlarıyla azad etdikləri torpaqlarımızı göz bəbəyi kimi qoruyacağıq.
Şəhidlərimizlə qürur duyur, onlara Allahdan rəhmət, ailələrinə səbr diləyirik.
Vaşinqton onları milli təhlükəsizliyə təhdid kimi görürdü…
Məşhur yazıçı ideal bədən quruluşunu qorumaq üçün unikal bir üsul paylaşıb...