Masallıda tədbir keçirilib
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədovun təşəbbüsü, "Arkivan Transport" MMC-nin təsisçisi və rəhbəri Abdulla Abdullayev və "Regional hüquqi və iqtisadi maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırovanın maliyyə dəstəyi ilə Masallıda "Təmiz şəhər bizdən başlayır — nümunə olmaq vəzifəmizdir" adlı əhəmiyyətli tədbir təşkil olunub. Rayonun Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində çalışan zəhmkeş qadınlara həsr olunan toplantının əsas məqsədi onların əməyinə qiymət vermək, cəmiyyətdə ekoloji təmizliyə və sağlam həyat tərzinə diqqəti artırmaqdan ibarət olub.
Tədbiri giriş sözü ilə Viləş uşaq bağçasının müdiri, xeyriyyəçi Şəfa Allahverdiyeva açaraq qonaqları salamlayıb və tədbirin əhəmiyyətindən danışıb. Daha sonra çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov rayonun abadlaşdırılması və təmizliyinin qorunmasında kommunal sahədə çalışan qadınların rolunu yüksək qiymətləndirib, onların fədakar əməyinə görə təşəkkürünü bildirib.
Çıxış edənlərdən "Arkivan Transport" MMC-nin təsisçisi və rəhbəri Abdulla Abdullayev hər həmkarı və vətəndaşı şəhərimizin təmizliyini qorumağa çağırıb, "Regional hüquqi və iqtisadi maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırova isə cəmiyyətdə ekoloji mədəniyyətin formalaşmasında bu cür maarifləndirici tədbirlərin və xeyriyyə təşəbbüstlərinin vacibliyini vurğulayıb.
Tədbirin sonunda Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində fəaliyyət göstərən qadınlara xüsusi hədiyyələr təqdim olunub. Rəsmi hissə başa çatdıqdan sonra tədbir zəhmkeş qadınların şərəfinə təşkil olunmuş yemək süfrəsi ətrafında səmimi şəraitdə davam etdirilib.
Gündəlik qida rasionunda adi bir əlavə insanın fərqinə varmadan ürək-damar sisteminə zərər verə bilər...
Vaşinqton onları milli təhlükəsizliyə təhdid kimi görürdü…
Məşhur yazıçı ideal bədən quruluşunu qorumaq üçün unikal bir üsul paylaşıb...