PDF Oxu

Cəmiyyət

  • 1 094

Xocavənddə buldozer minaya düşüb -TƏCİLİ

image

Xocavənd rayonunun Qızılqaya kəndi ərazisində mina partlayışı hadisəsi baş verib.

Bu barədə SİA-ya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Bildirlib ki, avqustun 7-si Qazax rayon sakini 1961-ci il təvəllüdlü Elçin Telman oğlu Abbasovun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi buldozer minaya düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.

Mətləb

Digər xəbərlər