Tədqiqatlar göstərir ki, diqqətli olmaq bədənimizdə çox şeyə, hətta bədənin immun reaksiyasına da təsir edə bilər.
Bilirik ki, diqqətimizi başqa yerə yönəltməklə ağrıdan az da olsa qurtulmaq mümkündür. Yeni tədqiqatlar göstərir ki, ağrıya diqqət yetirməklə, onu daha da güclü hiss etmiş oluruq. Lakin bir şey diqqətinizi yayındırdıqda, söhbət, iş və ya hətta gülməli bir video, ağrı tədricən azalacaq.
Beləliklə, bir yerimiz ağrıyanda, diqqətimizi yayındırmağın o ağrı ilə mübarizə aparmağın ən yaxşı yolu olduğu sübut edilib. Tədqiqatlar göstərir ki, diqqəti ağrıyan bölgəyə yönəltmək o ağrının daha da şiddətlənməsinə səbəb ola bilər.
Diqqətli olub-olmamağın ağrıya necə təsir etdiyini öyrənmək üçün Bar-İlan Universitetinin Azrieli Tibb Fakültəsindən olan Dr. Liron Rozenkrantz və onun komandası əvvəlcədən qeydiyyatdan keçmiş üç təcrübə apardılar: Əvvəlcə iştirakçıların qollarında kiçik ağrıya səbəb olacaq iynə batırılır, müvəqqəti iltihabi reaksiya yaradılır. Daha sonra onlardan ya diqqətlərini həmin ağrıyan yerə yönəltmələri, ya da videolar və ya tapşırıqlarla diqqətlərini yayındırmaları istənildi.
Növbəti 20 dəqiqə ərzində tədqiqatçılar yaranan şişkinliyi və qızartını, eləcə də iştirakçıların fizioloji reaksiyalarındakı dəyişiklikləri tədqiq etdilər. Nature Human Behaviour jurnalında dərc olunan nəticələrə görə, iştirakçılar bədən ağrısına diqqət yetirdikdə iltihab reaksiyası dərin, kənar şeylərə diqqət edib ağrını unutduqları zaman isə iltihab az yaranıb. Maraqlıdır ki, təcrübəçilərin öz diqqətlərini yayındırmaqları ağrını az hiss etmələrindən əlavə həm də yaranın iltihab nisbətinin azalmasına da səbəb olub.
Tədqiqatçılar təsiri izah etməyə kömək edə biləcək iki mümkün mexanizm müəyyən etdilər. Birincisi, diqqətin beynin iltihablı bölgədən gələn sensor siqnalları necə emal etdiyinə təsir etdiyi görünür. İkincisi, bədən hisslərinə diqqət yetirmək, iltihabı tənzimləməyə kömək edən vagus siniri də daxil olmaqla, parasempatik sinir sistemində artan aktivliklə əlaqələndirilib. Nəticələr göstərir ki, hər iki yol təsirə töhfə verə bilər.
O, hələ də 2012-ci ildə qaçırılan oğlunun taleyi barədə heç nə bilmir…
Uğurlu insanlar boş vaxtlarını televiziya şoularına baxmağa sərf etmirlər...