PDF Oxu

Cəmiyyət

  • 1 169

Lisey və gimnaziyalara qəbul olunan şagirdlərin sənədləri avqustun 27-dək təqdim edilməlidir

image

2026–2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul aparılan lisey və gimnaziyalara qəbul olunan şagirdlər üçün şagirdlərin elektron yerdəyişməsi sistemində (sy.edu.az) avtomatik sorğular yaradılıb.Bu barədə SİA-ya Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, qəbul olunan şagirdlərin sənədləri avqustun 27-si saat 12:00-dək qəbul olunduqları təhsil müəssisəsinə təqdim edilməlidir.Sənədlərin təqdim edilməsi üçün valideyn və ya qanuni nümayəndə şagirdin şəxsi kabinetinə daxil olaraq elektron ərizəni çap etməli və imzalamalıdır. Daha sonra imzalanmış elektron ərizə şagirdin hazırda təhsil aldığı məktəbə təqdim edilməli, şəxsi iş götürülərək qəbul olunduğu lisey və ya gimnaziyaya təqdim edilməlidir.Valideynlər qəbul prosesi ilə bağlı məlumatları şəxsi kabinetdə yerləşən “Sorğularım” bölməsindən izləyə bilərlər.

Digər xəbərlər

Miqreni tez bir zamanda aradan qaldırmağın üç sadə yolu

Mütəxəssislər ənənəvi dərmanlardan istifadə etmədən şiddətli baş ağrıları ilə mübarizə aparmaq üçün təsirli üsullar təklif ediblər...

Hələbdən olan kitab satıcısı bir milyon nadir kitabın arxivini toplayıb

O, hələ də 2012-ci ildə qaçırılan oğlunun taleyi barədə heç nə bilmir…

Elon Musk insanların əksəriyyətinin etmədiyi bir şeyi edir...

Uğurlu insanlar boş vaxtlarını televiziya şoularına baxmağa sərf etmirlər...