PDF Oxu

Cəmiyyət

  • 1 226

Peşə Məktəbi, Peşə Liseyi, Peşə Təhsil Mərkəzi: hansını seçməli?

image

Qeyd edək ki, Peşə Məktəbi, Peşə Liseyi, Peşə Təhsil Mərkəzləri bir-birindən fərqlidir. Dövlət və özəl peşə məktəbləri, habelə tələbələrinə təqaüd verən peşə məktəbləri var. Tələbələrdən aylıq, illik ödəniş alaraq onlara peşə təhsili öyrədən peşə məktəbləri var. Peşə məktəblərinə 11 illik və 9 illik bazadan qəbul olmaq olur. Peşə məktəblərində 11 illik bazadan 1 il (10ay), 9 illik bazadan 3 il təhsil alırsınız. Peşə məktəbləri də tədris ilinin sonunda diplomla yanaşı diplom əlavəsi (UMOG balı) verir. Peşə məktəbləri artıq bir növ kollec sayılır. Peşə məktəblərinin UMOG BALI yüksək olanlar kolleclərə müraciət edə bilərlər, bir halda ki 9 illik bazadan 3 il təhsil almış olsun. Peşə məktəblərini yüksək ixtisaslar üzrə bitirənlər də subbakalavr statusu alır ki, bu da ali məktəbə imtahansız qəbul şansı verir.

Peşə məktəblərinin bəzilərini bitirənlərin attestatında möhür yerində dövlət əsaslı yazılır ki, bu da bəzi hallarda ikinci təhsili ödənişli almağa səbəb olur. Bütün bunlara baxmayaraq peşə təhsili alanlar 1 dəfə dövlət əsaslı (ödənişsiz, pulsuz) təhsil almaq hüququna sahibdir. Onlar 1 dəfə ödənişsiz kollec və 1 dəfə ödənişsiz ali məktəbdə təhsil ala bilər. Peşə məktəblərini bitirənlər çox vaxt peşə məktəblərində hansısa ixtisası və ya peşəni təlim edən şirkət ya sektorlar tərəfindən birbaşa işə dəvət alırlar.

Peşə məktəbinə yaşadığın zona üzrə qəbul olunmasan, yəni yer olmasa, digər zonaların peşə məktəblərinə də müraciət edərək asanlıqla qəbul ola bilərsiniz. Bunun üçün həmin bölgədə müvəqqəti yaşadığınıza dair yaşayış yerindən müvəqqəti qeydiyyata alındığınız haqqında arayış təqdim etməlisiniz. Peşə məktəbində oxuyarkən oxuduğunuz ixtisasdan əlavə həmin məktəbin tərkibindəki digər kurslardan da yararlanmaq şansınız var.

Peşə məktəbləri də digər ali təhsil ocaqları kimi tələbələrinə təqaüd təyin edir. Peşə məktəbində təhsil aldığınız ixtisasdan asılı olaraq çox vaxt ixtisas təlimləri elə məktəbin özündə olur. Peşə məktəbləri də digər ali və ya orta ixtisas təhsili məktəbləri kimi ilin sonunda tələbələri arayış (göndərişlə) təlimə (praktika) göndərir.

Lalə Mehralı

Digər xəbərlər

Miqreni tez bir zamanda aradan qaldırmağın üç sadə yolu

Mütəxəssislər ənənəvi dərmanlardan istifadə etmədən şiddətli baş ağrıları ilə mübarizə aparmaq üçün təsirli üsullar təklif ediblər...

Hələbdən olan kitab satıcısı bir milyon nadir kitabın arxivini toplayıb

O, hələ də 2012-ci ildə qaçırılan oğlunun taleyi barədə heç nə bilmir…

Elon Musk insanların əksəriyyətinin etmədiyi bir şeyi edir...

Uğurlu insanlar boş vaxtlarını televiziya şoularına baxmağa sərf etmirlər...