PDF Oxu

İdman

  • 1 169

Məktəblilərin idman olimpiadası keçiriləcək -İLK DƏFƏ

image

Azərbaycanda ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası (MRİO 2026) keçiriləcək.

Olimpiadanın rəsmi açılış mərasimi iyunun 20-də Bakı Kristal Zalında baş tutacaq.

MRİO Azərbaycanın müxtəlif bölgələrindən məktəbliləri bir araya toplayacaq. İdman yarışları 21-26 iyun tarixlərini əhatə edəcək.

12 idman növü

59 bölgə

2000+ iştirakçı

Bu layihə məktəblilər arasında idmanın inkişafına, sağlam həyat tərzinin təşviqinə, fiziki hazırlığın yüksəldilməsinə və istedadlı gənclərin üzə çıxarılmasına xidmət edir.

Digər xəbərlər