PDF Oxu

İdman

  • 647

"Sabah" tarixində ilk dəfə Avrokuboklarda qrup mərhələsinə vəsiqə qazandı!

image

Azərbaycan təmsilçisi "Sabah" futbol üzrə UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb. SİA xəbər verir ki, Valdas Dambrauskasın komandası Finlandiyada "KuPS"un qonağı olub. Bu komandalar arasında ilk oyun "Sabah"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Bugünkü görüşdə isə Azərbaycan klubu 2:0 hesabı ilə qalib gələrək 3-cü təsnifat mərhələsinə yüksəlib. Bu qələbə sayəsində "Sabah" ən azı UEFA Konfrans Liqasında Liqa mərhələsini təmin edib.

"Sabah" ÇL-in 3-cü təsnifat mərhələsində "Orhus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq. "Lex" səfərdə keçirdiyi ilk görüşdə "Orhus"a 4:1 hesabı ilə qalib gəlib. Komandaların cavab matçı iyulun 29-da Polşada keçiriləcək.

Digər xəbərlər