PDF Oxu

İdman

  • 1 318

Azərbaycan voleybol millisi Belarusla yoxlama oyunlarında qələbə qazanıb

image

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlıq çərçivəsində sonuncu yoxlama oyunlarını keçirib.Azərbaycan Voleybol Federasiyasından SİA-ya verilən məlumata görə, komanda Bakıda təlim-məşq toplanışında olan Belarus yığması ilə iki dəfə qarşılaşıb.Milli Gimnastika Arenasında baş tutan hər iki görüş Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.Qeyd edək ki, komandamız daha əvvəl Yunanıstan və Latviya seçmələrini üstələyib.

Digər xəbərlər