Bakının "Neftçi" klubu növbəti transferini həyata keçirib. SİA xəbər verir ki, bu barədə klub məlumat yayıb. Serbiyalı hücumameylli yarımmüdafiəçi Draqolyub Saviç 2+1 il müddətində "ağ-qaralar"ın formasını geyinəcək. 25 yaşlı futbolçu ilə bu gün müqavilə imzalanıb.
Əsasən sol vinger mövqeyində çıxış edən Saviç yüksək sürəti, texnikası, hər iki ayağı ilə dəqiq ötürmələri və zərbələri ilə seçilir, komandanın oyun sistemindən asılı olaraq sağ və sol cinahlarda oynaya bilir. O, Serbiya, Avstriya və Latviya klublarında çıxış edib. RFS klubu ilə Latviya çempionatının (2023, 2024) və kubokunun (2024) qalibi olub.
Mətləb