PDF Oxu

İdman

  • 1 247

"Formula 1" yarışlarına könüllü axını: ümumi 2000 nəfər

image

Formula 1 Azərbaycan Qran Prisində təxminən 2000 könüllünün iştirakı gözlənilir. Bu barədə Bakı Şəhər Halqası əməliyyat şirkətinin nümayəndəsi Arifə Əliyeva məlumat verib.

A.Əliyeva, aprel ayında elan edilən könüllü proqramına üç gün ərzində 49.000-dən çox müraciətin daxil olduğunu qeyd edib və vurğulayıb ki, 2016-cı ildən bəri 20.000-dən çox gənc yarışın təşkilində könüllü kimi iştirak edib: "Onlardan 400-dən çoxu uğurlu nəticələr göstərib və sonrakı illərdə tədbirin təşkilində iştirak etməyə davam edib. Bu il dünyanın hər yerindən təxminən 1550 beynəlxalq könüllü onlayn müsahibələr və təlimlər keçib. Bu ilki Formula 1 Azərbaycan Qran Prisinin 10-cu ildönümü sentyabrın son həftəsində - 24-26 sentyabr tarixlərində keçiriləcək."

Digər xəbərlər