Lənkəranlı güləşçisi Elmin Əliyev artıq idman aləmində yüksək mövqe sahibidir. Qatıldığı yarışlarda qazandığı qələbələri ilə yadda qalır. Növbəti uğura isə Slovakiyada imza atıb.
Belə ki, o, uzaq Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən güləş üzrə U20 Dünya Çempionatında nümunəvi çıxış edərək yunan-Roma güləşi üzrə 82 kiloqram çəki dərəcəsində dünya çempionatının bürünc medalını qazanıb.
Onu da məlumat üçün deyək ki, Elmin Əliyevin məşqçi-müəllimi Alı Ağayevdir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü