PDF Oxu

İdman

  • 1 183

"Sabah"ın rəqibləri açıqlandı - "Barselona", "Mançester Yunayted", "Arsenal"...

image

Bu gün UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün Liqa mərhələsinin püşkatma mərasimi keçirilib. SİA xəbər verir ki, Monakoda keçirilən mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Liqa mərhələsinin 36 iştirakçısı 4 səbətə bölünüb. Azərbaycan çempionu "Sabah" 4-cü səbətdə yer alıb.

Azərbaycan çempionu 4 oyunu evdə, 4 oyunu isə səfərdə keçirəcək. Püşkün nəticəsinə əsasən "Sabah"ın rəqibləri aşağıda adları qeyd edilən komandalar olacaq:

1-ci səbətdən

"Barselona", İspaniya (Bakıda)

"Arsenal", İngiltərə (səfərdə)

2-ci səbətdən

"Borussiya" Dortmund, Almaniya (Bakıda)

"Mançester Yunayted", İngiltərə (səfərdə)

3-cü səbətdən

"Vilyarreal", İspaniya (səfərdə)

"Napoli", İtaliya (Bakıda)

4-cü səbətdən

"Slaviya" Praqa, Çexiya (Bakıda)

"Vikinq", Norveç (səfərdə)

Liqa mərhələsinin oyunlarına sentyabrın 8-də start veriləcək.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin tam təqvimi, oyunların tarixləri və başlama saatları isə avqustun 29-dan gec olmayaraq açıqlanacaq.

Mətləb

Digər xəbərlər