PDF Oxu

İdman

  • 568

Daha bir idmançımız Avropa Çempionu oldu!

image

Azərbaycanın daha bir cüdoçusu Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən U-21 Avropa çempionatında qızıl medal qazanıb.

SİA xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən Süleyman Şükürov almaniyalı Konstantin Distelə ipponla qalib gələrək karyerasında ikinci dəfə qitə çempionu olub.

Davud Namazlı (100 kiloqram) və Ramazan Əhmədov (+100 kiloqram) isə yarışı bürünc mükafatla başa vurublar.

Bununla da Azərbaycan cüdoçuları Avropa çempionatını ümumilikdə 5 medalla tamamlayıblar. Daha əvvəl Ayxan Mirzəzadə (60 kiloqram) və Məhəmməd Musayev (66 kiloqram) Avropa çempionu olublar.

Digər xəbərlər