"Mançester Siti"nin yarımmüdafiəçisi Fil Foden Çempionlar Liqasında həftənin oyunçusu seçilib. SİA turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli futbolçu Liqa mərhələsinin 3-cü turunda AEK-ə 5:1 hesabı ilə qalib gəldikləri matçda 3 qol vurub və 1 məhsuldar ötürmə verib.
Foden səsvermədə "Komo"nun yarımmüdafiəçisi Niko Pası, "Liverpul"un futbolçusu Rio Nqumoanı və "Napoli"nin yarımmüdafiəçisi Skott Maktomineyi qabaqlayıb.