İran Almaniya rəsmilərinin İranla bağlı açıqlamalarına cavab olaraq, ölkənin Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə çağırdığını açıqlayıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İran Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanatda Almaniyanın Tehrandakı səfiri Hans Udo Muzelin Almaniya rəsmilərinin “müdaxiləçi” bəyanatlarına cavab olaraq Xarici İşlər Nazirliyinə çağırıldığı açıqlanıb.
Bəyanatda bildirilib ki, Almaniyanın İranın daxili işlərinə davam edən “qəbuledilməz müdaxiləsi”nə reaksiya olaraq, Tehranın etirazı səfir Muzelə çatdırılıb. Xarici İşlər Nazirliyində keçirilən görüşdə Almaniya səfirinə bildirilib ki, Almaniya hakimiyyətinin “təxribatçı hərəkətləri” başqaları üçün yaxşı, özləri üçün isə pis görməsi ilə bağlı “ikili standart” son dərəcə məyusedicidir. Digər tərəfdən, Almaniyanın Tehrandakı səfiri Hans Udo Muzelin "İran öz mesajını ölkəsinə çatdıracaq" dediyi bildirilib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...