Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) ekspertlər qrupu İranın adı çəkilməyən üç yerində zənginləşdirilmiş uran hissəciklərinin mənşəyi ilə bağlı araşdırmalar çərçivəsində dekabrın 18-də Tehrana səfər edəcək. SİA xəbər verir ki, bu barədə Al Arabiya” telekanalı Agentliyin rəsmi nümayəndəsinin bəyanatına istinadən məlumat yayıb.“İranın dəvəti ilə AEBA-nın texniki qrupu bazar günü Tehrana gedəcək”, - nəşr rəsmiyə istinadən bildirib.Səfərin məqsədi İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsində nəzərdə tutulan təminatlar üzrə öhdəliklərini yerinə yetirməsi ilə bağlı məsələləri həll etmək olacaq.Qeyd edək ki, dekabrın 14-də İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami AEBA nümayəndələrinin yaxın günlərdə Tehrana səfər edəcəyini açıqlamışdı.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...