İranda etirazlarda 524 nəfər həlak olub. SİA xəbər verir ki, bu barədə ABŞ mərkəzli İranda Hüquq Müdafiəçiləri təşkilatı teleqramda məlumat yayıb. Bildirilib ki, ölənlərin 71-nin yaşı 18-dən az olan şəxslərdir. Qeyd olunub ki, 26 şəhrivər (17 sentyabr) tarixindən aparılan hesablamaya görə, 19 401 nəfər həbs olunub. Onlardan 4 973 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 713 nəfər tələbədir. Nümayişlərə 144 universitetin öyrənciləri qoşulub.Məlumata görə, ölkənin 164 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 68 nümayəndəsi öldürülüb.Qeyd edək ki, İranda Hüquq Müdafiəçiləri təşkilatı (həmçinin HRAI və HRA kimi tanınır) İranda insan haqlarını müdafiə edən vəkillərdən ibarət qeyri-siyasi və qeyri-hökumət təşkilatıdır. HRAI 2006-cı ildə yaradılıb. Qərargahı ABŞ-ın Virciniya ştatının Ferfaks şəhərində yerləşir.
sia.az
Gənc kişilərə “film layihəsi”ndə rollar təklif olunur...
ABŞ yeni hərbi obyektlər alacaq və adanın statusu eyni qalacaq...
Hətta Ayətullahın belə qırğını dayandırmaq üçün cəsarəti var idi...
Ukraynanın təcrübəsi alyansı təlimlər zamanı taktikanı dəyişməyə məcbur edir...
Moskva Əfqanıstanla işçi qüvvəsinin cəlb edilməsi ilə bağlı razılığa gələ bilmədi...
Onların kitabı Kreml sistemi haqqında mifləri dağıdır...
Hindistanlı kahin Anand 2026-cı ilin payızında qlobal yenidən başlama proqnozu verdi…
Tramp bunu Nyu-Yorkun ilk müsəlman merinə xitabən deyib...
Donald Tramp Təzyiq olmadan aparılan danışıqlar heç bir nəticə verməyib...