Kursk vilayətinin Krasnooktyabrski və Volfino yaşayış məntəqələrinin enerjisizləşdirilmiş elektrik təchizatının bərpası zamanı təmir briqadası minaatanlardan atəşə tutulub. Bir nəfər yaralanıb.SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri vilayətin qubernatoru Roman Starovoit verib.Onun sözlərinə görə, Volfino kəndində elektrik enerjisini bərpa edən elektrikçilər qrupu minaatanlardan atəşə tutulub. Təmirçilərdən biri yaralanıb, ona bütün lazımi tibbi yardım göstərilib.Starovoit, artıq hər iki qəsəbədə elektrik enerjisinin verilişinin bərpa olunduğunu deyib. Yalnız bir küçə işıqsız qalıb, orada işlərin sabah başa çatdırılması nəzərdə tutulub.Xatırladaq ki, qubernatorun dediyinə görə bu gün Belqorod vilayətinin Dolqoye kəndi də atəşə tutulub.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...