Dünya

  • 4 163

Fransa pensiya islahatlarına qarşı tətilə başlayıb

image

Fransada pensiya islahatı fəaliyyəti davam edir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hökumətin pensiya yaşının mərhələli şəkildə 62-dən 64-ə qaldırılması barədə qərarından sonra işçilər tətilə başlayırlar.Fransa mediası xəbər verir ki, aviadispetçerlər pensiya islahatlarına qarşı çərşənbə axşamı tətil edəcəklər. Bu çərçivədə Fransa Mülki Aviasiya Baş İdarəsi (DGAC) Parisdəki Orli Hava Limanında hava yolu şirkətlərinin uçuş proqramlarının yüzdə 20-nin ləğv edilməsini istəyib. Hökumətin pensiya islahatlarına etiraz olaraq müxtəlif həmkarlar ittifaqlarının çağırışı ilə yanvarın 31-də ölkə boyu etiraz aksiyaları keçiriləcək.Baş nazir Elizabet Borne yanvarın 10-da prezident Emmanuel Makronun seçki vədləri arasında yer alan pensiya islahatının məzmununu açıqlayıb. Pensiya yaşının 62 olduğu ölkədə qanuni pensiya yaşının mərhələli şəkildə hər il 3 ay artırılacağını və 2030-cu ildə 64-ə çatdırılacağını qeyd edib. Yanvarın 19-da pensiya islahatına qarşı keçirilən ümummilli nümayişlərə 1 milyondan çox adam qatıldığı halda, Fransanın ən mühüm 8 həmkarlar ittifaqı vətəndaşları yanvarın 31-də yenidən küçələrə çıxmağa çağırıb.

sia.az

Digər xəbərlər