BMT baş verən güclü zəlzələlərdən sonra Türkiyə və Suriyaya humanitar yardım olaraq Böhranlara Cavab Fondundan 25 milyon dollar ayırıb. SİA Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik bildirib. O, ayrılan vəsaitin regionda təcili xilasetmə fəaliyyətlərinə yönləndiriləcəyini deyib. Stefan Dujarrik qeyd edib ki, zəlzələdən zərər çəkmiş 10 əyalətdə yaşayan 15 milyon insandan 1,7 milyonu suriyalı qaçqınlardır.Türkiyədə bütün səylər hazırda axtarış-xilasetmə işlərinə yönəlib və UNICEF hökumətlə fəlakət və fövqəladə halların idarə edilməsi üzrə koordinasiyalı çalışır.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...