Dünya

  • 3 076

Adıyamanda xilasetmə işində daha bir möcüzə!

image

Adıyamanda fəaliyyət göstərən Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Mülki Müdafiə Təşkilatının (SSTB) axtarış-xilasetmə qruplarının şəhərin mərkəzindəki otelin dağıntıları altından bir gənci xilas etdiyi bildirilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, mərkəzi Kahramanmaraşın Pazarcık bölgəsində olan və zəlzələ nəticəsində dağılan Adıyamanda Isias otelinin dağıntıları altında qalan 23 yaşlı Anıl Zeybekin xilas edilərək xəstəxanaya aparıldığı qeyd edilib. Oteldə KKTC-dən gələn kollec tələbələri qalırdı. Açıqlamada, Adıyamandakı KKTC qruplarının günün 24 saatı işlərini davam etdirdiyi bildirilib.

sia.az

Digər xəbərlər