"Son 100 ilin ən böyük fəlakəti zəlzələ səbəbindən Türkiyədə yaşanır". Bu sözləri SİA-ya açıqlamasında türkiyəli politoloq, uzun illər Türkiyə siyasətində aktiv rol almış Cihat Rahmi Akar deyib.Onun sözlərinə görə, bu fəlakət nəticəsində xeyli can itkisi var: "Xilasetmə tədbirləri hələ də davam edir. Ölkə olaraq can itkisinin artmasından çox narahatıq".Cihad Rahmi Akar sözlərinə belə davam edib: "Qış fəsli səbəbindən hava soyuqdur və qar-yağış yağır. Bu səbəbdən də böyük çətinlik yaşanır. Xüsusilə, dördüncü səviyyə həyəcan siqnalı elan edilib. Bütün ölkələrdən yardım tələb edilir və xilasetmə qüvvələri Türkiyəyə gəlir. Allah ölənlərə rəhmət etsin, dağıntılar arasında qalanlara dözüm versin və yaralılara da tez zamanda şəfa versin. Çətin qış şərtlərində xilasetmə qüvvələrinə də güc arzu edirəm. Bu, son 100 ilin ən böyük fəlakətidir. Allah türklərə kömək olsun".
Ayşən Vəli
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...