İtaliyanın baş naziri Giorgia Meloni Fransa prezidenti Emmanuel Makronun Almaniya kansleri Olaf Şolz və Ukrayna prezidenti Vladimir Zelenski ilə dünən Parisdə görüşünü “uyğun olmayan dəvət” kimi qiymətləndirib.
"Səs" qəzetinin verdiyi məlumata görə, Meloni Brüsseldə keçirilən fövqəladə AB Liderlər Zirvəsi öncəsi İtaliya mətbuatına açıqlamalar verib.
Baş nazir Meloni nizamsız miqrasiya ilə mübarizədə Avropa səviyyəsində bəzi addımların atıldığını ifadə edərək, miqrasiyanın Avropa məsələsi olduğunu və dəniz sərhədlərinin özünəməxsus xüsusiyyətlərinə malik olması kimi mövzularda irəliləyiş əldə etdiklərini bildirib. Avropada biznes sisteminin rəqabət qabiliyyətinin müdafiə edilməsinin vacibliyini vurğulayan Meloni biznesləri dəstəkləmək üçün ayrıca bir fond istədiklərini və mövcud fondlarda çeviklik üzərində çalışdıqlarını söyləyib. Rusiya-Ukrayna müharibəsində Ukraynaya dəstəyin münaqişə tərəfləri arasında danışıqlara nail olmaq üçün ən yaxşı yol olduğunu vurğulayan Meloni “Düşünürəm ki, dialoq və sülh üçün bir variant yaratmağın ən yaxşı yolu, qüvvələrin tarazlaşdırılmasıdır. İtaliya dəstəyini davam etdirəcək və yenidənqurmada aparıcı rol oynayacaq. O, aktyor olmaq istəyir” deyib.
Fransa prezidenti Makronun Parisdə Almaniya kansleri Şolzun iştirakı ilə Zelenskiyə şam yeməyi verdiyini xatırladan Meloni bu dəvəti tənqid edərək, "Məncə, Makronun Zelenskiyə dəvəti yersiz idi. Gücümüz birləşməlidir" vurğulayıb.
Meloni qeyd edib ki, onun bəzi daxili siyasi problemləri Avropada "ümumi işə xələl gətirmək riski daşıyır". “La Repubblica” qəzeti “İtaliyasız zirvə” başlığı ilə dünən Parisdə Fransa, Almaniya və Ukrayna liderləri arasında keçirilən zirvə görüşündən İtaliyanın kənarda qalmasına diqqət çəkib.
Meloninin bu çıxışı mətbuatda yer alan bəzi şərhçilər tərəfindən Roma ilə Paris arasındakı gərginlik kimi qiymətləndirilib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...