ABŞ səfirliyinin xəbərdarlığında deyilir ki, ABŞ vətəndaşları "Ukraynaya tammiqyaslı işğalının" gözlənilməz nəticələrinə görə Rusiyaya səfər etməməlidirlər. Artıq Rusiyada olanlar üçün diplomatik nümayəndəlik “qanunsuz həbslər riski” və yeni səfərbərlik dalğası səbəbindən təcili olaraq oranı tərk etməyi tövsiyə edir. "Səs"qəzetinin ABŞ səfirliyinin məlumatına istinadən verdiyi xəbərə görə, Rusiyadakı amerikalılar dövlət xidmətləri tərəfindən saxlanıla bilər və ABŞ-ın bu ölkədəki diplomatik missiyasının imkanları ciddi şəkildə məhdudlaşdırılıb.
Səfirliyin saytında deyilir: “Rusiya ABŞ-ın ikili vətəndaşlığının tanınmasından imtina edə bilər, səfərbərliyə məruz qaldıqda ABŞ konsulluğundan yardım almaqdan imtina edə bilər, Rusiyadan çıxmağın qarşısını ala və ya hərbi xidmətə çağıra bilər”.
Diplomatik nümayəndəlik “Rusiyada nağd pul çatışmazlığı ilə bağlı xəbərlərin olduğunu” bildirib və xatırladıb ki, ABŞ-dan pul köçürmə imkanları “sanksiyalar səbəbindən son dərəcə məhduddur”. Səfirlik həmçinin qeyd edib ki, ABŞ vətəndaşları hər hansı “siyasi və ya sosial etirazlardan” çəkinməli və bu tədbirlərdə təhlükəsizlik işçilərinin şəklini çəkməməlidir.
ABŞ səfirliyi 21 sentyabrdan 31 oktyabra qədər davam edən qismən səfərbərlik fonunda amerikalılara 2022-ci ilin sentyabrında dərhal Rusiyanı tərk etməyi tövsiyə edib. Kreml səfərbərliyin ikinci dalğasının olmayacağını dəfələrlə bəyan edib. Prezidentin mətbuat katibi Dmitri Pekov əmin edir ki, bu mövzu “süni şəkildə oyanıb”.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...