Fransada pensiya islahatına dair qanun layihəsinə qarşı etirazlar davam edir. SİA xəbər verir ki, ötən həftə dördgünlük müzakirələrdən sonra pensiya islahatına dair qanun layihəsinin müzakirələri fevralın 13-də yenidən başlayıb. Ancaq solçular tərəfindən irəli sürülmüş 16 min dəyişiklik təklifinin bu həftə ərazində müzakirə edilməsinin mümkünsüzlüyü bildirilir.Həmkarlar ittifaqları martın 7-də bütün sahələrdə “Fransanı dayandırmaq” devizi ilə davamlı tətillər etmək çağırışı ediblər.Ümumi Əmək Konfederasiyası (CGT) enerji, dəmir yolları, eləcə də şəhərlərdə ictimai nəqliyyat işçilərinin tətilinin vacibliyin qeyd edib. Fransa demokratik Əmək Konfederasiyası (CFDT) isə “ölü şəhər” ifadəsindən istifadə edib.Həmkarlar ittifaqları martın 7-dək etiraz hərəkatını davam etdirmək üçün fevralın 16-nı yeni səfərbərlik günü elan ediblər.Həmçinin həmkarlar ittifaqları Milli Assambleyada pensiya islahatına dair qanun layihəsini dəstəkləyən iqtidaryönümlü deputatlara seçicilərini itirəcəkləri ilə bağlı risklərin olduğunu eşitdirirlər.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...