PDF Oxu

Dünya

  • 4 399

BMT TŞ Suriyaya humanitar yardım üçün bir araya gəldi

BMT TŞ Suriyaya humanitar yardım üçün bir araya gəldi

BMT Təhlükəsizlik Şurası zəlzələdən sonra Suriyanın humanitar yardımı ilə bağlı vəziyyəti müzakirə etmək üçün bazar ertəsi iclas keçirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının yenilənmiş iş proqramında deyilir. Məsləhətləşmələr bağlı qapılar arxasında keçirilib.Görüşdə Türkiyə ilə Suriya arasında sərhəddə əlavə keçid məntəqələrinin açılması müzakirə olunub. Bu təşəbbüslə Qərb ölkələri çıxış edib. Onlar Bab əl-Havada indiki keçid məntəqəsindən əlavə, ən azı bir və ya daha iki keçid məntəqəsinin açılmasını təklif ediblər.BMT Təhlükəsizlik Şurasının sədri və Maltanın daimi nümayəndəsi Vanessa Frezyer bazar ertəsi jurnalistlərə bildirib ki, məntəqələrin açılması ilə bağlı hər hansı qətnamənin nəzərdən keçirilməsinə hələ başlanmayıb.Xatırladaq ki, ABŞ-nin BMT-dəki səfiri Linda Tomas-Qrinfild bazar günü iki əlavə keçid məntəqəsinin açılmasına dair qətnamənin səsverməyə çıxarılmasına çağırıb.

Digər xəbərlər