“Əsrin fəlakəti” olaraq xarakterizə edilən Kahramanmaraşda baş vermiş zəlzələdən zərər çəkmiş insanların sığınacağı üçün NATO-nun Türkiyəyə göndərəcəyi konteynerin daşınması üçün hazırlıq işləri görülür. SİA xəbər verir ki, NATO-nun Neapoldakı Birləşmiş Qüvvələr Komandanlığından verilən açıqlamaya görə, ən azı 1000 konteynerdən ibarət olacaq və zəlzələdən zərərçəkənlərə sığınacaq verəcək obyektlərin göndərilməsi üçün hazırlıqlar bir müddət əvvəl başlayıb.İtaliyanın Taranto şəhərində yerləşən NATO Cənub Əməliyyatlar Mərkəzinin anbarlarda saxlanılan konteynerlər çıxarılaraq daşınması üçün hazır vəziyyətə gətirilib.Neapoldakı Birləşmiş Qüvvələr Komandanlığının koordinasiya etdiyi nəqliyyat səyləri çərçivəsində konteynerlərin ilk hissəsi gələn həftə daşınacaq.Bu konteynerlərdən ən azı iki minədək insanın istifadə edəcəyi gözlənilir.Konteynerlərdə NATO-ya məxsus istilik vasitələri, generatorlar və müalicə ləvazimatları da mövcuddur.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...