İtaliyanın Mərkəzi Bankı ötən il ölkənin dövlət borcunun yeni rekorda imza ataraq 2,76 trilyon avronu keçdiyini bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, borc ÜDM-in 150,3%-nə çatıb ki, bu da 2021-ci illə müqayisədə 84 milyard avro çoxdur. 2020-ci ildə COVID-19 məhdudiyyətləri və nəticələrinə görə dövlət borcu ÜDM-in 155%-ni ötüb.İtaliyalı ekspertlər qeyd edirlər ki, karantin tədbirlərinin ləğvindən sonra iqtisadiyyat böyüməyə başlayıb, lakin 2022-ci ildə enerji qiymətlərinin kəskin artması səbəbindən bu proses dayanıb.Hazırda ölkənin hər bir vətəndaşının payına düşən dövlət borcunun həcmi təxminən 47 min avro təşkil edir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...